...

Azərbaycanda 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü qeyd edilib

Siyasət Materials 1 May 2010 14:55 (UTC +04:00)
Azərbaycanın sol partıyalarının nümayəndələri - Kommunist Partiyasının, Azərbaycanın Tərəqqi-Sosialist Partiyasının təxminən 30 üzvü, "Azərbaycanın sol sosialistləri" müstəqil ekspert qrupu 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününü qeyd edib.
Azərbaycanda 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü qeyd edilib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın sol partıyalarının nümayəndələri - Kommunist Partiyasının, Azərbaycanın Tərəqqi-Sosialist Partiyasının təxminən 30 üzvü, "Azərbaycanın sol sosialistləri" müstəqil ekspert qrupu 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününü qeyd edib. Bu barədə Tərəqqi-Sosialist Partiyasının məlumatında deyilir.

Tədbir iştirakçıları Nobel prospektindəki "Azad Fəhlə" abidəsinin önünə gül qoyaraq, abidənin yanında oraq və çəkiclə qırmızı bayraq ucaldıblar. Aksiyanın sonunda beynəlxalq fəhlə himni - "İnternasional" oxunub.

İctimai aksiya yerində Xətai rayon İcra Hakimiyyətinin polis nümayəndələri olub və onun keçirilməsinə icazə verməyiblər.

Xəbər lenti

Xəbər lenti