...

Azərbaycan Parlamentinin komitə sədri Türkiyəyə gedəcək

Siyasət Materials 1 May 2010 14:50 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri mayın 3-də Türkiyəyə gedəcək.
Azərbaycan Parlamentinin komitə sədri Türkiyəyə gedəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri mayın 3-də Türkiyəyə gedəcək.

"Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova İstanbul şəhərində keçiriləcək konfransda iştirak edəcək", - şənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Aslanovanın Türkiyəyə səfərində məqsəd "Avrasiyanın İqtisadi Zirvələri 2010" XIII Zirvə toplantısında iştirak etməkdir.

Tədbirin təşkilatçısı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzidir.

Səfər mayın 7-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti