...

Livanın Baş naziri Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 3 May 2010 17:57 (UTC +04:00)
Livanın Baş naziri Saad əl-Həriri Azərbaycana səfər etməyi planlaşdırır.
Livanın Baş naziri Azərbaycana səfər etməyi planlaşdırır

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ü.Sadıxova/

Livanın Baş naziri Saad əl-Həriri Azərbaycana səfər etməyi planlaşdırır.

Saad əl-Həriri iyunun 23-24-də Bakıda keçiriləcək İslam İnkişaf Bankının Direktorlar Şurasının 35-ci illik iclasında iştirak etməyi planlaşdırır. Bunu Livanın Nazirlər Kabinetinin baş katibi Züheyl Buci Azərbaycanın Suriyadakı və Livandakı səfiri Mahir Əliyevlə görüşdə deyib. Bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyindən Trend-ə məlumat verilib.

"Əl-Həriri açıq iclasda iştirak etmək fikrindədir və bu məqsədlə Bakıya birgünlük səfər edəcək", - Buci deyib.

Xəbər lenti

Xəbər lenti