...

İranın daxili işlər naziri Azərbaycan FHN-in rəhbəri ilə görüşüb

Siyasət Materials 3 May 2010 20:23 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bazar ertəsi Azərbaycanın fövqəladə halar naziri Kəmaləddin Heydərovla görüşüb.
İranın daxili işlər naziri Azərbaycan FHN-in rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Cəfərov/

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bazar ertəsi Azərbaycanın fövqəladə halar naziri Kəmaləddin Heydərovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib.

Heydərov İranın DİN rəhbərinə Azərbaycan FHN-in uğurları və imkanları barədə danışıb və İran tərəfinə bu sahədə əməkdaşlıq təklif edib.

Nəccar FHN rəhbərinin təklifini alqışlayıb və bildirib ki, İran tərəfi Azərbaycan ilə bütün sahələrdə, o cümlədən bu sferada təcrübə mübadiləsinə hazırdır.

Bazar ertəsi İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın Azərbaycana rəsmi səfəri başlayıb. Nəccar səfər zamanı azərbaycanlı həmkarı Ramil Usubovla da görüşüb.

Xəbər lenti

Xəbər lenti