...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasının 80 illik yubileyi keçiriləcək

Siyasət Materials 4 May 2010 02:00 (UTC +04:00)
Respublikamızda bədən tərbiyəsi və idman sahəsinin inkişaf etdirilməsi üçün kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb, məlumatı AzərTaj dövlət informasiya agentliyi yayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasının 80 illik yubileyi keçiriləcək

Respublikamızda bədən tərbiyəsi və idman sahəsinin inkişaf etdirilməsi üçün kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

2010-cu ilin noyabr ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaradılmasının 80 illiyi tamam olur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına layiqli töhfələr vermişdir.

Akademiyanın yetirmələri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Milli Olimpiya Komitəsinin təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanması vı həyata keçirilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.

Xəbər lenti

Xəbər lenti