...

Arnold Şvarsneggerə portreti toxunmuş Azərbaycan xalçası hədiyyə olunub (FOTO)

Siyasət Materials 4 May 2010 13:20 (UTC +04:00)
Kaliforniyanın qubernatoru Arnold Şvarsnegger los–Ancelesdə Azərbaycan Baş Konsulluğunun əməkdaşları ilə görüşüb. Qubernatora üzərində onun şəkli həkk edilmiş, azərbaycanlı Müşfiq Babayev tərəfindən hazırlanan əl işi olan xalça bağışlanıb, - bu barədə Baş Konsulluqdan məlumat verilib.
Arnold Şvarsneggerə portreti toxunmuş  Azərbaycan xalçası hədiyyə olunub (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir S.Ağayeva/

Kaliforniyanın qubernatoru Arnold Şvarsnegger los-Ancelesdə Azərbaycan Baş Konsulluğunun əməkdaşları ilə görüşüb. Qubernatora üzərində onun şəkli həkk edilmiş, azərbaycanlı Müşfiq Babayev tərəfindən hazırlanan əl işi olan xalça bağışlanıb, - bu barədə Baş Konsulluqdan məlumat verilib.

Görüş zamanı baş konsul Elin Süleymanov və konsul Elman Abdullayev qubernatora hər il keçirilən Respublika günündə təbrikinə görə öz minnətdarlıqlarını bildiriblər.

Şvarsnegger, öz növbəsində, Azərbaycanın bu qiymətli hədiyyəsini yüksək qiymətləndirib və Vaşinqtonun Azərbaycanla və ABŞ-ın digər aparıcı partnyorları ilə uzunmüddətli, strateji əsaslarda əlaqələr quracağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti