...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi www.aliyevheritage.org portalının WAP versiyasının təqdimatını keçirib

Siyasət Materials 5 May 2010 12:03 (UTC +04:00)
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi www.aliyevheritage.org portalının wap versiyasının təqdimatını keçirib
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi www.aliyevheritage.org portalının WAP versiyasının təqdimatını keçirib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci öldönümü ərəfəsində çərşənbə günü www.aliyevheritage.org portalının wap versiyasının təqdimatını keçirib.

Tədbirdə çıxış edən mərkəzin direktoru Fuad Babayev bildiirb ki, gənclərin daha çox internetin wap versiyasından istifadə etməsini nəzərə alaraq, bu saytın yeni versiyasının təqdimatı Heydər Əliyev irsinin gənclər arasında öyrənilməsinə şərait yaradacaq.

"Wap saytın əsas üstünlüyü ondan ibarətdir ki, belə sayta daxil olmaq istəyən istifadəçilərin əlavə qurğuların (kompüter, modeç) köməyinə ehtiyacı qalmır. GSM standartlı müasir mobil telefonlardan wap sayta daxil olmaq mümkündür. Mərkəzimizin wap portalının yaradılmasında da bu amillər əsas rol oynamışdı. wap.aliyevheritage.org saytının yaradılması ilə oxucularımız mobil telefonlar vasitəsilə Azərbaycan xalqının Ümummilli Liderinin əsərləri barədə məlumat almaq imkanına malik olacaqlar", - Babayev bildirib.

Babayev qeyd edib ki, ilkin mərhələdə sayt 5 dildə - Azərbaycan, ingilis, rus, alman və türk dillərində olacaq, sonrakı mərhələdə isə əlavə dil versiyaları yaradılacaq.

Xəbər lenti

Xəbər lenti