...

Azərbaycan və Polşanın "beyin mərkəzləri" əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 5 May 2010 12:50 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Polşanın "beyin mərkəzləri" ilə əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə əməkdaşlıq məsələlərini çərşənbə günü Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski və mərkəzin direktoru Elxan Nuriyev müzakirə ediblər, - SAM-ın məlumatında deyilir.
Azərbaycan və Polşanın "beyin mərkəzləri" əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Polşanın "beyin mərkəzləri" ilə əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə əməkdaşlıq məsələlərini çərşənbə günü Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski və mərkəzin direktoru Elxan Nuriyev müzakirə ediblər, -  SAM-ın məlumatında deyilir.

Tərəflər elmi-tədqiqatlar sahəsində müxtəlif layihələrin reallaşdırılmasının Azərbaycanla Polşa arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Mərkəzdə Polşanın mərhum prezidenti Lex Kaçinskiyə həsr olunmuş "dəyirmi masa" da keçirilib.

Səfir Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə Polşa üçün faciəli olan günlərdə polyak xalqına göstərdikləri mənəvi dəstəyə görə minnətdarlığını bildirib. İki dövlət arasında sıx əlaqələri qeyd edən diplomat, hər iki ölkə xalqları arasındakı dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti