...

Gürcü polisləri genişmiqyaslı parad keçirəcək

Siyasət Materials 6 May 2010 14:58 (UTC +04:00)
Mayın 6-da gürcü polisləri genişmiqyaslı parad keçirəcəklər. Parad bazar günləri məşqlərin keçirildiyi Daxili İşlər Nazirliyinin yeni binası qarşısında aparılacaq.
Gürcü polisləri genişmiqyaslı parad keçirəcək

Gürcüstan, Tbilisi, 6 may /Trend, N.Kirsxaliya

Mayın 6-da gürcü polisləri genişmiqyaslı parad keçirəcəklər. Parad bazar günləri məşqlərin keçirildiyi Daxili İşlər Nazirliyinin yeni binası qarşısında aparılacaq.

Paradda Daxili İşlər Nazirliyinin tabeliyində olan bütün polislər, o cümlədən, patrul və mühafizə polisləri iştirak edəcək.

Parad bu il onu qəbul edəcək nazir Vano Merabişvili tərəfindən təşkil olunub.

Qeyd etmək lazımdır ki, müxalifət partiyaları paradın mayın 6-da - Gürcüstanda pravoslav bayramı - Müqəddəs Georgi gününün keçirildiyi vaxtda təşkil olunacağını mənfi qarşılayıblar.

Müxalifət hesab edir ki, paradın keçirilməsi 30 may - yerli seçkilərdən qabaq güc nümayişi kimi göstərilir.

Müxalifət parada mane olmaq niyyəti ilə saat 10-dan onun keçiriləcəyi məkana gəlməyə hazırlaşır. Müxalifətçilər hesab edirlər ki, polis "qızılgül inqilabı"dan sonra 10-dan çox gənc insanın səbəbsiz şəkildə ölümündə və müxalifət hərəkatını dağıtmaqda günahkar bilinir.

Xəbər lenti

Xəbər lenti