...

Bu gün İsveç Kralı Gürcüstan Parlamentinin sədrini qəbul edəcək

Siyasət Materials 6 May 2010 11:07 (UTC +04:00)
Gürcüstan Parlamentinin sədri David Bakradze İsveçdə ikigünlük rəsmi səfərdədir.
Bu gün İsveç Kralı Gürcüstan Parlamentinin sədrini qəbul edəcək

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin sədri David Bakradze İsveçdə ikigünlük rəsmi səfərdədir.

Mayın 6-da Gürcüstan Parlamentinin sədri İsveç Kralı XVI Karl Qustav tərəfindən qəbul ediləcək.

Həmçinin, İsveç XİN-in rəhbəri Karl Bildtlə də görüş planlaşdırılıb.

Gürcüstan Parlamentinin spikeri İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda "Qüvvətləndirilmiş demokratiya - daxili və xarici çağırışların qətiyyətli həlli" mövzusunda keçirilən seminarda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti