...

Türkmənistan Prezidenti Rusiyaya işgüzar səfər edəcək.

Siyasət Materials 6 May 2010 13:58 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 7 may 2010-cu il tarixdə Rusiya Federasiyasının Həştərxan vilayətinə qubernator Aleksandr Jilkinin dəvəti ilə rəsmi səfər edəcək.
Türkmənistan Prezidenti Rusiyaya işgüzar səfər edəcək.

Türkmənistan, Aşqabad, 6 may /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 7 may 2010-cu il tarixdə Rusiya Federasiyasının Həştərxan vilayətinə qubernator Aleksandr Jilkinin dəvəti ilə rəsmi səfər edəcək.

"Bu səfərin Həştərxan vilayəti və Türkmənistan arasında qarşılıqlı əlaqələrin səviyyəsinin güclənməsinə yeni təkan verəcəyi gözlənilir", - məlumatı Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin mətbuat xidmətindən veriblər.

Səfər çərçivəsində hər iki tərəf üçün qarşılıqlı əməkdaşlığa dair aktual məsələlərin müzakirəsi barədə danışıqlar aparılacaq.

Görüş zamanı Həştərxan vilayətinin gəmiqayırma kompleksinin təqdimatının keçiriləcəyi gəmiqayırma zavodu - "Qırmızı Barrikadalar" Açıqtipli Səhmdar Cəmiyyətinə də baş cəkiləcək.

Bundan başqa, Qardaşlıq bağında "Əbədi məşəl" memorialı və türkmən klassiki Məhtumqulu Fraqinin abidəsi önünə təntənəli əklilqoyma mərasimi keçiriləcək.

Həştərxan vilayəti və Türkmənistan rəsmiləri arasında 2008-ci ildə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında bağlanmış müqavilə ilə qarşılıqlı əlaqələrin əsası qoyulub.

Xəbər lenti

Xəbər lenti