...

Azərbaycan MSK parlament seçkilərində seçicilərin səs vermələrinə imkan verəcək tələbləri müəyyən edib

Siyasət Materials 6 May 2010 17:17 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində seçicilərin səs vermələrinə imkan verəcək tələbləri müəyyən edib.
Azərbaycan MSK parlament seçkilərində seçicilərin səs vermələrinə imkan verəcək tələbləri müəyyən edib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində seçicilərin səs vermələrinə imkan verəcək tələbləri müəyyən edib.

Trend-in məlumatına görə, cümə axşamı keçirilən iclasda MSK katibi Natiq Məmmədov bildirib ki, seçicilər şəxsiyyət vəsiqəsi və müvəqqəti şəxsiyyət vəsiqələri ilə səs verəcəklər. Onun sözlərinə görə, məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi vəsiqələr əsasında səsvermə hüququna malik olacaqlar.

Məmmədovun sözlərinə görə, həbsxanalarda və müvəqqəti saxlanma təcridxanalarında olan seçicilər isə Penitensiar Xidmətin təqdim etdiyi şəxsiyyəti təsdiqləyən sənəd əsasında səs verəcəklər.

MSK katibi deyib ki, parlament seçkilərində xüsusi seçki hesablarının açılması haqqında təlimat hazırlanıb. Onun sözlərinə görə, həmin hesablar ayrı-ayrı namizədlər və seçki blokları tərəfindən Beynəlxalq Bankda açıla bilər. Onun sözlərinə görə, seçki hesabının məbləği 500 min manatdan yuxarı ola bilməz.

"Ayrı-ayrı vətəndaşlar həmin hesaba 300 min, hüquqi şəxslər 50 min manat köçürə bilərlər", - MSK katibi vurğulayıb.

Məmmədov deyib ki, vətəndaşlar hesaba fərdi yolla, hüquqi şəxslər isə köçürmə yolu ilə pul keçirə bilərlər.

Parlament seçkisi noyabrın birinci həftəsində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti