...

Gürcüstan Parlamentinin nümayəndəsi İsveç Kralını qəbul edib

Siyasət Materials 7 May 2010 13:58 (UTC +04:00)
Gürcüstan Parlamentinin nümayəndəsi David Bakradze Stokholma səfəri zamanı İsveç kralı XVI Karl Qustavo ilə görüşüb.
Gürcüstan Parlamentinin nümayəndəsi İsveç Kralını qəbul edib

Gürcüstan, Тbilisi 07 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin nümayəndəsi David Bakradze Stokholma səfəri zamanı İsveç kralı XVI Karl Qustavo ilə görüşüb.

Yarımsaatlıq görüşü çərçivəsində monarx Gürcüstanın siyasi və iqtisadi vəziyyəti ilə maraqlanıb, həmçinin, Gürcüstan - İsveç əlaqələri barədə öz fikirlərini bildirib.

Bakradze əvvəlcə İsveç Parlamentinin nümayəndəsi Pero Vestererqo ilə görüşüb.

Görüş zamanı tərəflər Gürcüstanda siyasi və iqtisadi vəziyyəti müzakirə ediblər. Bakradze vurğulayıb ki, 2008-ci ilin avqustundan sonrakı böhran qismən aradan qaldırılıb və iqtisadi inkişafın tempi artıb.

İki ölkə parlament nümayəndələri Gürcüstanda demokratik islahatlara, eləcə də təhlükəsizlik məsələlərinə toxunublar. Qeyd olunub ki, İsveç Gürcüstanın işğal olunmuş ərazilərinin tanınmamasına qarşı siyasəti davam etdirir və onun ərazi bütövlüyünü dəstəkləyir.

Tərəflər, həmçinin, parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti