...

Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin delimitasiya məsələsi tam razılaşdırılıb – Dövlət Komitəsinin rəhbəri

Siyasət Materials 7 May 2010 13:34 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası məsələsi tam razılaşdırılıb. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov cümə günü jurnalistlərə bildirib.
Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin delimitasiya məsələsi tam razılaşdırılıb – Dövlət Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası məsələsi tam razılaşdırılıb. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya Samur sərhəd çayı üzərindəki körpüdən, meşə massivlərindən və digər mübahisəli ərazilərdən istifadə məsələsi barədə razılığa gəlib. Bu da şübhəsiz, yaxşı nəticədir. İndi dövlət sərhədlərinin delimitasiyası üzrə müvafiq müqavilənin imzalanacağı gözlənilir.

Dövlət Komitəsinin rəhbəri onu da bildirib ki, hazırda hər iki ölkə sərhədləri üzrə xəritə və coğrafi vəsaitlərin hazırlanması üzrə iş aparılır və bu iş yaxın vaxtlarda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti