...

Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Siyasət Materials 7 May 2010 16:43 (UTC +04:00)
Hərbi Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyub.
Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyub.

Mərasimdə məruzə ilə çıxış edən baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik oğlu görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahat barədə məlumat verib.

Hərbi prokuror vurğulayıb ki, şərəfli və mənalı ömür yolunun 34 ilini xalqının tərəqqisinə həsr etmiş ulu öndər müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqillyə qovuşduraraq ictimai şüurda əbədi yaşarlıq hüququ qazanıb.

Heydər Əliyevin başladığı mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qururulub, iqtisadi müstəqilliyə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb.

Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurlu davam etdirməsini vurğulayan hərbi prokuror bu gün dövlət başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi töhfələrdən danışıb.

Tədbirin sonunda Hərbi Prokurorluğun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilib.

Xəbər lenti

Xəbər lenti