...

Cənubi Qafqaz Çexiyanın xarici siyasətində prioritetdir - Baş nazirin müavini Yan Kohout

Siyasət Materials 7 May 2010 19:24 (UTC +04:00)
Azərbaycan Çexiyanın Cənubi Qafqazda mühüm tərəfdaşı və ölkənin xarici siyasətində prioritet regiondur. Bu barədə Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout Bakıya səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.
Cənubi Qafqaz Çexiyanın xarici siyasətində prioritetdir - Baş nazirin müavini Yan Kohout

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Y.Ostapenko/

Azərbaycan Çexiyanın Cənubi Qafqazda mühüm tərəfdaşı və ölkənin xarici siyasətində prioritet regiondur. Bu barədə Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout Bakıya səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.

Çexiya Baş naziri müavininin Azərbaycana ilk səfəri növbəti həftə mayın 13-14-də baş tutacaq.

Nazirin sözlərinə görə, qarşıda duran səfər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafının möhkəmlənməsi prosesində növbəti addım olacaq və bu prosesin davamı olaraq Çexiyanın maraqlarının sübutu olacaq.

Son illər iki ölkə nümayəndələri arasında görüşlər olduqca intensivləşib, onlar arasında ən əhəmiyyətlisi bu ikisidir:

- Çexiyanın Baş nazirinin ötən ilin fevralında Bakıya Avropa İttifaqının fəaliyyətdə olan sədri kimi qeydə alınan ilk rəsmi səfəri;

- Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin may ayında keçirilmiş Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı və "Cənub dəhlizi" sammiti ilə bağlı Praqaya səfəri.

Kohout Bakıya səfərinin məqsədi kimi Azərbaycan rəhbərliyi - Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı üçün ümumi strategiya və növbəti addımların müzakirəsini göstərib.

Bakıya səfəri zamanı Baş nazirin müavini Bakıda Çexiya Respublikası səfirliyinin açılışında da iştirak edəcək.

"Mən həqiqətən də çox şadam ki, biz Azərbaycanda Çexiya Respublikasının səfirliyini açmağa nail olmuşuq. İqtisadi böhranın hökm sürdüyü bir dövrdə, xüsusilə də büdcə ilə bağlı çətinliklərin bir neçə diplomatik nümayəndəliklərin bağlanmasına səbəb olduğu bir vaxtda səfirlik açmaq o qədər də asan deyil", - Kohout vurğulayıb.

Nazir əminliklə qeyd edib ki, bu addım gələcəkdə Çexiya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını sürətləndirməyə imkan yaradacaq.

Siyasət və iqtisadiyyatla yanaşı, bu, təhsil, turizm və mədəni əlaqələr sahəsindəki münasibətlərin inkişafına da öz təsirini göstərəcək.

" Mən bu əlaqələrdə ölkələrimiz arasında konkret layihələrin əsasını qoyan iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq sahəsində müqavilənin imzalanmasını yüksək qiymətləndirirəm", - o qeyd edib.

Kohout Bakı Slavyan Universiteti və Brno şəhərindəki Masariko Universiteti arasındakı əməkdaşlığı, Azərbaycan və Xəzər üzrə Araşdırmalar Mərkəzinin açılmasını müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti