...

Azərbaycan Prezidentinin mətbuat katibi MDB dövlət rəhbərlərinin qeyri-formal sammitində Prezident İlham Əliyevin iştirakı ilə bağlı sualı cavablandırıb

Siyasət Materials 7 May 2010 18:55 (UTC +04:00)
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun Day.Az üçün şərhi
Azərbaycan Prezidentinin mətbuat katibi MDB dövlət rəhbərlərinin qeyri-formal sammitində Prezident İlham Əliyevin iştirakı ilə bağlı sualı cavablandırıb

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun Day.Az üçün şərhi

- Azər müəllim, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Moskvaya səfəri və 9 may bayramı ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirakı planlaşdırılırmı?

- Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfər edəcək və mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 65 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

- Azərbaycan Prezidenti mayın 8-də Moskvada keçiriləcək MDB dövlət rəhbərlərinin qeyri-formal sammitində iştirak edəcəkmi?

- Mayın 8-i Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın qədim şəhəri olan Şuşanı işğal etdiyi gündür. Azərbaycan xalqının belə bir faciəli günündə işğalçı ölkənin prezidenti S.Sarkisyanla hər hansı tədbirlərdə birgə iştirak Azərbaycan tərəfi üçün qəbuledilməzdir.

Xəbər lenti

Xəbər lenti