...

Vaşinqtonda Heydər Əliyevin ABŞ-a səfərlərinə həsr edilmiş fotosərgi açılıb

Siyasət Materials 8 May 2010 11:59 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyi Vaşinqtonda Amerika - Azərbaycan Ticarət Palatasının binasında fotosərgi təşkil edib. Bu barədə səfirliyin məlumatında deyilir.
Vaşinqtonda Heydər Əliyevin ABŞ-a səfərlərinə həsr edilmiş fotosərgi açılıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir S.Ağayeva/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyi Vaşinqtonda Amerika - Azərbaycan Ticarət Palatasının binasında fotosərgi təşkil edib. Bu barədə səfirliyin məlumatında deyilir.

Sərgi Heydər Əliyevin ABŞ-a rəsmi səfərlərinin, onun prezidentlər B.Klinton, C.Buş eləcə də vitse-prezident A.Qor, dövlət katibi M.Olbrayt və ABŞ-ın digər siyasi və ictimai xadimləri ilə görüşlərinin tarixini əks etdirir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Heydər Əliyevin həyat yolundan, onun yorulmaz fəaliyyətindən, suveren və demokratik Azərbaycan dövlətinin qurulması və hərtərəfli inkişafındakı görkəmli rolundan danışıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Qreq Laflin Heydər Əliyevlə şəxsi görüşləri haqda xatirələrini bölüşüb. O, H.Əliyevin Azərbaycanın çiçəklənməsində və gənc respublikanın regionda və dünyadakı mövqelərinin möhkəmlənməsində, eləcə də Azərbaycan - Amerika münasibətlərinin keyfiyyətcə yeni səviyyədə inkişafına nəhəng töhfəsindən danışıb.

Rəsmi şəxslər, Azərbaycan diasporunun üzvləri, Azərbaycanın ABŞ-dakı Səfirliyinin və Amerika - Azərbaycan Ticarət Palatasının əməkdaşları, eləcə də ABŞ-da təhsil alan azərbaycanlı tələbələr tədbirdə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti