...

Azərbaycan Prezidenti Ilham Əliyev Moskvaya gəlib (YENİLƏNİB)

Siyasət Materials 8 May 2010 23:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Moskvaya işgüzar səfərə yola düşüb.
Azərbaycan Prezidenti Ilham Əliyev Moskvaya gəlib (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Moskvaya işgüzar səfərə yola düşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Prezident İlham Əliyev həmin gün Moskvaya gəlib.
Dövlətimizin başçısını Vnukovo-2 hava limanında Rusiyanın dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.

Xəbər lenti

Xəbər lenti