...

Ilham Əliyev Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edib

Siyasət Materials 9 May 2010 14:23 (UTC +04:00)
Mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram şənlikləri keçirilir. Məlumatı AzərTac Dövlət Informasiya Agentliyi yayıb.
Ilham Əliyev Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edib

Mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram şənlikləri keçirilir. Məlumatı AzərTac Dövlət Informasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qələbə bayramında iştirak edir.

Dövlətimizin başçısı İlham Əliyevi Kremlin yanında Rusiya Prezidenti Dmitri Medvedev qarşılamışdır.

Yubiley şənliklərinin əsas hadisəsi Qızıl meydanda keçirilən parad olmuşdur.

Paradda Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, ABŞ, Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdən 12 minə yaxın hərbi qulluqçu, müharibə veteranları, 160-dan çox hərbi texnika, 120-dən artıq təyyarə və vertolyot iştirak etmişdir.

Qələbə Paradını tribunalardan 21 ölkədən gəlmiş dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri, Böyük Vətən müharibəsinin veteranları izləmişlər.

Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil qoyulmuşdur. Ali qonaqlar xatirə şəkli çəkdirmişlər.

Xəbər lenti

Xəbər lenti