...

İlham Əliyev Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edib (YENİLƏNİB)

Siyasət Materials 9 May 2010 21:03 (UTC +04:00)
Prezident Dmitri Medvedevin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak etmişdir, AzərTAc dövlət agentliyi məlumat yayıb.
İlham Əliyev Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edib (YENİLƏNİB)

RED: əlavəsi: Məqalə geniş şəkildə əlavə olunub

Prezident Dmitri Medvedevin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak etmişdir, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevi Kremlin yanında Rusiya Prezidenti Dmitri Medvedev səmimiyyətlə qarşıladı.

Dövlətimizin başçısı Böyük Vətən müharibəsinin veteranları ilə görüşdü.

Yubiley şənliklərinin başlıca hadisəsi Qızıl meydanda keçirilən hərbi parad olmuşdur. Tribunalardakı fəxri qonaqlar arasında öz misilsiz şücaətləri ilə böyük Qələbəni qazanmış, dünyanı nasizm bəlasından qurtarmış İkinci Dünya müharibəsinin veteranları əyləşmişdilər.
Paradın başlanmasından əvvəl çıxış edən Prezident Dmitri Medvedev Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi. Rusiya Prezidenti dedi ki, 65 il bundan əvvəl nasizm darmadağın olundu. Bizim ölkədə və bütün Avropada sülh bərqərar edildi. Sivilizasiyaların əsaslarını dağıdan ideologiyaya son qoyuldu. Sovet İttifaqı faşistlərin əsas zərbəsini öz üzərinə götürmüşdü. Faşistlər öz qoşunlarının dördəüç hissəsini Şərq cəbhəsinə yönəltmişdilər. Bizim ölkəni külə döndərmək istəyirdilər, amma misli görünməmiş müqavimət, qüvvə və rəşadətlə qarşılaşmışdılar.
Dmitri Medvedev bildirmişdir ki, veteranlar bizə həyat bəxş etdilər, onlar azadlığımızı qazandılar. Biz cəbhələrdə döyüşən əsgərləri, zavodlarda kişiləri əvəz etmiş qadınları, ağlasığmaz sınaqlardan keçmiş uşaqları heç vaxt unutmayacağıq. Onlar hamısı müharibə qəhrəmanlarıdır.
1945-ci ildə təkcə hərbi yox, həm də böyük mənəvi qələbə qazanıldı. Bu Qələbə uğrunda keçmiş SSSR-nin bütün xalqları mübarizə aparmışlar.
İkinci Dünya müharibəsinin dərsləri bizi həmrəyliyə çağırır, - deyən Rusiya Prezidenti bildirdi ki, biz müasir təhlükələrə birlikdə müqavimət göstərə bilərik. Gələcək nəsillərin azad və xoşbəxt olması, ədalət və dostluq ideallarının dünyada zəfər çalması üçün qlobal təhlükəsizliyə təhdid olan problemləri yalnız mehriban qonşuluq siyasəti şəraitində həll etmək olar.

Sonra hərbi parad başlandı.

Möhtəşəm paradı tribunalardan 20-dən artıq ölkədən gəlmiş dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri, çoxsaylı müharibə veteranları izləyirdilər.

Qızıl meydandan 11 mindən çox hərbi qulluqçu keçdi. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri addımlayırdı. Mayor Elşad Rüstəmovun başçılığı ilə Azərbaycan sülhməramlı qüvvələrinin batalyonu Qızıl meydandan keçdi.
Tarixin ən qanlı müharibəsində Azərbaycan xalqının 600 mindən çox oğul və qızı iştirak etmişdir. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdır. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Hərbi paradda Böyük Vətən müharibəsinin əfsanəvi T-34 tankı, ən müasir hücum və kəşfiyyat texnikası, zenit-raket kompleksləri, zirehli hərbi maşınlar, qırıcı, bombardmançı təyyəralər, vertolyotlar nümayiş olundu.
Yüksək pilotaj qrupları müharibədə iştirak etmiş dövlətlərin bayraqlarını və təyyarələrdən ibarət rəmzi "65" rəqəmini Moskva səmasında nümayiş etdirdilər.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyuldu.
Əsgərlər hərbi marş sədaları altında dövlət və hökumət başçılarının qarşısından keçdilər.
Ali qonaqlar Kremlin önündə xatirə şəkli çəkdirdilər.
Həmin gün Böyük Kreml sarayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin adından Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə təntənəli qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.


Xəbər lenti

Xəbər lenti