...

YUNİSEF-in regional direktoru Bakıda uşaqların problemləri ilə tanış olacaq

Siyasət Materials 10 May 2010 13:32 (UTC +04:00)
YUNİSEF-in Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allenin Bakıya üçgünlük səfəri bazar ertəsi - mayın 10-da başlayır.
YUNİSEF-in regional direktoru Bakıda uşaqların problemləri ilə tanış olacaq

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Y. Ostapenko/

YUNİSEF-in Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allenin Bakıya üçgünlük səfəri bazar ertəsi - mayın 10-da başlayır. Müzakirə olunan məsələlərin əsas mövzusu səhiyyə, təhsil və uşaqların müdafiəsi sahəsində əldə olunan nəticələrdir.

Allen Azərbaycan paytaxtında öz görüşləri zamanı azərbaycanlı uşaqların üzləşdikləri problemlərlə, hökumətin və YUNİSEF-in onlara kömək göstərmək üçün gördüyü işlərlə tanış olacaq.

Allenin səfər zamanı hökumət nümayəndələri, eləcə də Baş nazirin müavinləri, Xarici İşlər, Səhiyyə, Əmək və Əhalisinin Sosial Müdafiəsi, Təhsil və Gənclər və İdman nazirliklərinin nümayəndələri, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva, eləcə də parlamentin sədri, vətəndaş cəmiyyəti və BMT nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Böyük Britaniya vətəndaşı olan Stiven Allen bu vəzifəyə təyin olunmazdan əvvəl Nyu Yorkda YUNİSEF-in mənzil-qərargahında kadrlar şöbəsinin direktoru vəzifəsində çalışıb.

1946-cı ildə təsis olunan BMT-nin Uşaq Fondu Azərbaycanda öz işinə 1993-cü ildə başlayıb. YUNİSEF dünyanın 150-dən artıq ölkəsində çalışır, müharibə və digər zorakılıqların, təbii fəlakətlərin və son dərəcə yoxsulluğun qurbanları, eləcə də fiziki çatışmazlıqları olan uşaqların problemləri ilə məşğul olur. Uşaq Fondunun prioritet vəzifələri sırasına qızların təhsili və xəstəliklərin, xüsusilə də İİS/QİÇS-in profilaktikası da daxildir.

YUNİSEF-in fəaliyyəti istisnasız olaraq ayrı-ayrı şəxslərin, şirkətlərin, fondların və hökumətlərin könüllü ianələri hesabına maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti