...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tbilisiyə gəlib

Siyasət Materials 11 May 2010 10:36 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün gecə Tbilisiyə gəlib. Semnebi Tbilisi aeroportunda jurnalistlərə bildirib ki, gəlişində məqsəd Gürcüstandakı seçkiqabağı vəziyyətlə tanış olmaqdır.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tbilisiyə gəlib

Gürcüstan, Tbilisi, 11 may /Trend, müxbir N.Kirsxaliya/

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün gecə Tbilisiyə gəlib. Semnebi Tbilisi aeroportunda jurnalistlərə bildirib ki, gəlişində məqsəd Gürcüstandakı seçkiqabağı vəziyyətlə tanış olmaqdır.

Mayın 30-da Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

"Mən hakimiyyətin, siyasi partiyaların, seçki administrasiyasının nümayəndələri ilə görüşmək və seçkilərdən əvvəlki vəziyyəti müzakirə etmək niyyətindəyəm", - Semnebi bildirib. Onun sözlərinə görə, Aİ Gürcüstanda seçkilərin düzgün və obyektiv keçirilməsində maraqlıdır.

Səfər gedişində Semnebi Gürcüstanın münaqişəli regionlarında vəziyyətin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçirəcək, eləcə də Aİ-nin müşahidə missiyasının işi ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti