...

Azərbaycan Parlamentində təbii fəlakətdən ziyan çəkmiş əhaliyə kömək məqsədilə xüsusi hesabın açılması təklif olunub

Siyasət Materials 11 May 2010 12:36 (UTC +04:00)
Azərbaycan Parlamentində Kür çayının məcrasının dəyişməsi nəticəsində ziyan dəyən əhaliyə kömək məqsədilə xüsusi hesabın açılması təklif olunub.
Azərbaycan Parlamentində təbii fəlakətdən ziyan çəkmiş əhaliyə kömək məqsədilə xüsusi hesabın açılması təklif olunub

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində Kür çayının məcrasının dəyişməsi nəticəsində ziyan dəyən əhaliyə kömək məqsədilə xüsusi hesabın açılması təklif olunub.

"Təbii fəlakət nəticəsində ziyan dəyən əhaliyə kömək məqsədilə hesab açılmalıdır və mən bu hesaba 500 manat köçürməyə hazıram", - Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasda deputat Qüdrət Həsənquliyev deyib.

Həsənquliyev deputatları bu təklifi dəstəkləməyə çağırıb.

Deputat İqbal Ağazadə bu təklifi dəstəkləyib və təklif edib ki, deputatlar 15 günlük əmək haqqını bu hesaba köçürsünlər.

"Hesab edirəm, deputatlar təbii fəlakətdən ziyan çəkən bölglərdə olmalıdırlar. Mövcud vəziyyət yerində öyrənilməlidir. Həmçinin, təbii fəlakət aradan qaldırılandan sonra, Nazirlər Kabineti Parlament qarşısında hesabat verməlidir", - Ağazadə əlavə edib.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən jurnalistlərə bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq", - Heydərov deyib. Nazirin sözlərinə görə, köçürülmüş 9 kəndin əhalisinin normal vəziyyətdə yaşaması üçün lazımi tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti