...

Azərbaycanda şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik edilib

Siyasət Materials 11 May 2010 13:46 (UTC +04:00)
Azərbaycan Parlamentində "Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" qanunlara dəyişiklik və əlavələr qəbul olunub.
Azərbaycanda şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik edilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" qanunlara dəyişiklik və əlavələr qəbul olunub.

"Bu dəyişikliyə görə, şəxsiyyət vəsiqələrində bundan sonra etibarlılıq müddəti göstəriləcək", - Trend-in məlumatına görə, çərşənbə axşamı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədi Əli Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir", - komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti