...

Azərbaycan Prezidenti Rusiya Federasiyasının müdafiə nazirini qəbul edib

Siyasət Materials 11 May 2010 14:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul edib
Azərbaycan Prezidenti Rusiya Federasiyasının müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu təbrik edib. Prezident İlham Əliyev bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını ölkələrimiz arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirib.

Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Moskvada keçirilən 9 May - Qələbə bayramının təşkili işinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Xəbər lenti

Xəbər lenti