...

Azərbaycan və Türkiyə Qarabağla bağlı saziş imzalamalıdırlar - deputat

Siyasət Materials 11 May 2010 15:20 (UTC +04:00)
Azərbaycan və Türkiyə Dağlıq Qarabağ məsələsi ilə bağlı saziş imzalamalıdırlar. Bunu Azərbaycan Milli Məclisinin deputatı Zahid Oruc bildirib.
Azərbaycan və Türkiyə Qarabağla bağlı saziş imzalamalıdırlar - deputat

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan və Türkiyə Dağlıq Qarabağ məsələsi ilə bağlı saziş imzalamalıdırlar. Bunu Azərbaycan Milli Məclisinin deputatı Zahid Oruc bildirib.

"Yeni saziş Qars müqaviləsinin təkrarı olmayacaq, lakin belə sənədin zəruriliyi onunla diqtə olunur ki, Türkiyə, əslində, artıq Qarabağ məsələsində fəal rol oynayır". Bu barədə deputat çərşənbə axşamı Milli Məclisin növbəti plenar iclası zamanı bildirib.

"Əgər Ermənistan və Rusiya öz aralarında müxtəlif cür, o cümlədən, hərbi əməkdaşlıq haqqında sazişlər imzalayırlarsa, onda Azərbaycan Türkiyə ilə müvafiq münasibətlərin qurulmasında tam hüquqa malikdir", - deyə Z.Oruc bildirib.

Onun sözlərinə görə, belə bir sənəd Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 13-16-da Azərbaycana qarşıdakı səfəri gedişində imzalana bilər.

Bu saziş təkcə mənəvi-siyasi qardaşlıq əsasında deyil, həm də hüquqi əsasda fəaliyyət göstərməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti