...

Azərbaycanda bələdiyyələrin birləşdirilməsinin özünü doğrultmadığı ilə bağlı fikirlər yanlışdır – parlamentin komitə sədri

Siyasət Materials 11 May 2010 15:53 (UTC +04:00)
AAzərbaycan Parlamentinin komitə sədri hesab edir ki, bələdiyyələrin birləşdirilməsinin özünü doğrultmadığı ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, bələdiyyələrin birləşdirilməsinin özünü doğrultmadığı ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

"Mən bələdiyyələrin birləşməsindən sonra fəaliyyətində hər hansı çətinlik yaranması ilə bağlı heç bir narazılıq eşitməmişəm", - çərşənbə axşamı Trend-ə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadənin sözlərinə görə, bələdiyyələrin birləşməsindən az müddət keçib.

"Zənnimcə, birləşən bələdiyyələrin fəaliyyətində problem olmamalıdır. Çünki birləşən bələdiyyələrin imkanları artıb, onların əraziləri genişlənib, maliyyə imkanları isə daha da yaxşılaşıb", - komitə sədri əlavə edib.

Onun fikrincə, bütün bu cür müsbət faktlardan sonra birləşən bələdiyyələrin imkanlarının pisləşməsini təsəvvür etmək belə mümkün deyil.

"Mən bununla bağlı hər hansı söz-söhbətin yayılmasının tərəfdarı da deyiləm", - Rəhimzadə vurğulayıb.

Azərbaycan Parlamentində 2009-cu ilin may ayında bəzi bələdiyyələrin birləşməsi haqqında qanun qəbul olunub. Azərbaycanda 2757 bələdiyyənin 1039-u birləşdirilib. Hazırda ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir.

Azərbaycanda bələdiyyə institutu 1999-cü ildə yaranıb.

Xəbər lenti

Xəbər lenti