...

Azərbaycanın xarici işlər naziri İsveçrə Parlamentinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 11 May 2010 16:26 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin İsveçrə-Azərbaycan Dostluq Qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obristi və dostluq qrupunun digər üzvlərini qəbul edib.
Azərbaycanın xarici işlər naziri İsveçrə Parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin İsveçrə-Azərbaycan Dostluq Qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obristi və dostluq qrupunun digər üzvlərini qəbul edib.

Görüş zamanı nazir Məmmədyarov qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regionda cərəyan edən proseslər, ölkəmizin enerji siyasəti, neftdən gələn gəlirlərin xərclənməsi, Azərbaycanda gedən iqtisadi inkişaf və digər məsələlərlə bağlı çoxsaylı suallarını ətraflı cavablandırıb. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti