...

Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 71 nəfəri saxlayıb

Siyasət Materials 11 May 2010 17:16 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 71 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 71 nəfəri saxlayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

Aprel ayı ərzində 27 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 47 nəfər saxlanılıb.

Saxlanılan 47 sərhəd pozucusundan 29-u Azərbaycan, 4-ü İran İslam Respublikası, 4-ü Əfqanstan, 3-ü Gürcüstan, 2-si Türkiyə, 2-si Pakistan, 2-si Özbəkistan, 1-i isə Ukrayna vətəndaşıdır.

Aprel ayında sərhəd rejimi qaydalarını pozduqlarına görə, 46 halda 99 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 7 halda 842 qram narkotik maddə çıxarıb.

Həmçinin 115 halda ümumi dəyəri 112 min manat olan qaçaqmal saxlanılıb.

Xəbər lenti

Xəbər lenti