...

Dəniz Baykal yenidən vəzifəsinə qayıda bilər - Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi

Siyasət Materials 12 May 2010 14:05 (UTC +04:00)
Dəniz Baykal yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsinə qayıda bilər, - bunu çərşənbə günü Trend-ə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə aparıcı elmi işçisi Cavid Vəliyev deyib.
Dəniz Baykal yenidən vəzifəsinə qayıda bilər - Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi

Azərbyacan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Dəniz Baykal yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsinə qayıda bilər, - bunu çərşənbə günü Trend-ə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə aparıcı elmi işçisi Cavid Vəliyev deyib.

"Hazırda bir çox mütəxəssisin düşüncəsi Baykalın istefa addımının siyasi taktika olduğu və onun təkrar namizəd olacağı və ya olmaq məcburiyyətində qalacağı istiqamətindədir. Baykalın namizəd olmaması halında isə onun razılığını alan bir şəxsin namizəd və CXP-nin sədri olacağı istiqamətindədir. Baykaldan sonra CXP-nin Türkiyədə liberalların əlinə keçmə ehtimalı da qiymətləndirilməkdədir", - Vəliyev bildirib.

Türkiyə ana müxalifət partiyası lideri Dəniz Baykal 1992-ci ildən bu tərəfə həyata keçirdiyi CXP sədrliyindən istefa verdi.

Vəliyev bildirib ki, Baykalın bu istefası onun dəstəkçiləri tərəfindən hüznlə qarşılandı, lakin rəqibləri  müsbət siyasi davranış olaraq qiymətləndirdi.

"Türkiyədə bir çox mütəxəssis Baykalın dəyişən Türkiyə siyasətinə ayaq uydura bilmədiyi üçün ana müxalifət partiyası sədrinə vəzifəsini layiqincə həyata keçirə bilmədiyini iddia edirdi. Mütəxəssislərə görə, çox güclü müxalifət lideri olmadığı üçün hökumət də Baykalın ana müxalifət lideri olmasından razı idi. Bəzi iddialara görə isə CXP-də partiya idarəsini ələ keçirmək istəyən qüvvələr var idi və bunun üçün də Baykalın istefasını istəyirdilər", - SAM-ın Türkiyə üzrə aparıcı elmi işçisi bildirib.

Onun sözlərinə görə, Baykalın istefa etməsi Türkiyənin, sadəcə, bugününü yox, gələcəyini də yaxından maraqlandırır.

"Hökumət tərəfdarı yazarlara görə Baykal dəyişən Türkiyə siyasəti qarşısında ən böyük əngəldir. Baykalın istefasından sonra Türkiyədə iki sual ətrafında müzakirələr gedir: birincisi, Baykalın bu addımı siyasi taktikamıdır? Yəni Baykal təkrar sədrliyə namizəd olacaqmı? Türkiyədə hər şeyə müxalifət obrazı ilə tanınan Baykal haqqında bu istefadan sonra ilk dəfə müsbət bir obraz yarandı. İddialara görə, Baykalın hədəfi də bu idi. Hökuməti müdafiə mövqeyinə məcbur edib, özü haqqında isə müsbət obraz yaratmaq. İndilik bunu bacarmışdır. İkincisi, Baykaldan sonra CXP-nin başına kim keçəcəkdir? Bu post üçün iki namizədin adı keçməkdədir. Əhalinin haqlarının qorunmasında göstərdiyi fədakarlıq səbəbiylə "Qandi" ləqəbi ilə tanınan - Baykalın müavini Kəmal Kılıçdaroğlu. Kılıçdaroğlu partiya məsələlərində Baykaldan fərqli düşünsə də, namizəd olmayacağını qeyd etdi. İkinci isim isə CXP-nin İstanbuldakı sədri və 2009-cu il bələdiyyə seçkilərində aktivliyi və müasir siyasət anlayışı ilə seçilən Gürsəl Təkindir", - Vəliyev deyib.

Xəbər lenti

Xəbər lenti