...

Azərbaycan Baş Prokurorluğu Kür çayında baş vermiş daşqınlar zamanı 4 nəfərin ölümü ilə bağlı məlumatları təkzib edir

Siyasət Materials 12 May 2010 16:14 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu Kür çayında baş vermiş daşqınlar zamanı 4 nəfərin ölümü ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edir.
Azərbaycan Baş Prokurorluğu Kür çayında baş vermiş daşqınlar zamanı 4 nəfərin ölümü ilə bağlı məlumatları təkzib edir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu Kür çayında baş vermiş daşqınlar zamanı 4 nəfərin ölümü ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edir. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çərşənbə günü Trend-in verdiyi sorğuya cavabında deyib.

Mətbuatda yayılan məlumatlara görə, Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakət zamanı ekskavator sürücüsü, iki azyaşlı uşaq və Sabirabad rayonunun Qaragüney kənd sakini, 18 yaşlı Ağaqasım İsrafilov həlak olub.

Sultanov deyib ki, aparılan araşdırmalarla həmin informasiyaların həqiqətəuyğun olmaması müəyyən edilib və təbii fəlakət zonasında ekskavator sürücüsü və iki azyaşlı uşağın həlak olmaları öz təsdiqini tapmayıb.

"Qaragüney kənd sakininin meyitinin tapılmamasına dair məqalədə dərc olunmuş informasiya ilə əlaqədar isə bildiririk ki, mayın 7-də kənd sakini, 1993-cü il təvəllüdlü İsrafilov Tərlan Ağaqasım oğlu ehtiyatsızlıqdan atın üstündən yıxılması nəticəsində Kür çayına yıxılaraq itkin düşüb. Aparılmış axtarışlarla bu gün onun meyiti tapılaraq ailəsinə təhvil verilib", - Sultanov deyib.

Xəbər lenti

Xəbər lenti