...

Azərbaycanın xarici işlər naziri UNICEF-in regional direktorunu qəbul edib

Siyasət Materials 12 May 2010 18:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in Mərkəzi və Şərqi Avropa/Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Alleni qəbul edib.
Azərbaycanın xarici işlər naziri UNICEF-in regional direktorunu qəbul edib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in Mərkəzi və Şərqi Avropa/Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Alleni qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Ölkəmizdə ilk dəfə olmasından məmnunluğunu bildirən qonaq UNICEF-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, hökumətin səhiyyənin inkişafı, qaçqın uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. 

Öz növbəsində, qonağı salamlayan nazir Məmmədyarov Azərbaycan və UNICEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu münasibətlərin Azərbaycan hökümətinin sosial sferanın inkişafı istiqamətində aparılan siyasətə verdiyi töhfəsini vurğulayıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti