...

Azərbaycan Prezidenti Devid Kameronu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib

Siyasət Materials 13 May 2010 00:44 (UTC +04:00)
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Devid Kameronu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Devid Kameronu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Devid Kameronu Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız öz inkişaf dinamikası ilə səciyyələnir.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və dünya bazarlarına nəqli sahəsində transmilli layihələrin gerçəkləşməsində birgə səmərəli fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir" məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti