...

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib

Siyasət Materials 13 May 2010 12:42 (UTC +04:00)
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib

Mayın 13-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiçin rəsmi qarşılanma mərasimi olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verib.

Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Boris Tadiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Boris Tadiç ilə təkbətək görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edilib.

Görüşdə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti