...

Serbiya Prezidenti Azərbaycan Parlamentində olub

Siyasət Materials 13 May 2010 18:03 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri Serbiya Prezidenti ilə görüşüb.
Serbiya Prezidenti Azərbaycan Parlamentində olub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri Serbiya Prezidenti ilə görüşüb.

"Azərbaycan ilə Serbiyanın münasibətlərinin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var", - Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin sədri Oqtay Əsədov Serbiya Prezidenti Boris Tadiçlə görüşündə bildirib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin tarixindən danışılıb, münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyi bildirilib və bu, müsbət dəyərləndirilib.

Serbiyanın dövlət başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirib, Azərbaycan Parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdən əvvəl Serbiya Prezidenti Milli Məclisin iclas zalına baxıb, parlamentin binasındakı Heydər Əliyevin xatirə zalında olub. Burada Tadiçə ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan Parlamentinin formalaşmasında və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti