...

Gürcüstan Prezidentinin xanımı səhiyyə nazirliyində olub

Siyasət Materials 13 May 2010 22:05 (UTC +04:00)
Ölkəmizdə səfərdə olan Gürcüstan Prezidentinin xanımı, Qlobal Əməkdaşlıq Fondunun vərəm üzrə səfiri Sandra Elizabet Rulofs mayın 13-də səhiyyə naziri Oqtay Şirəliyev ilə görüşmüşdür.
Gürcüstan Prezidentinin xanımı səhiyyə nazirliyində olub

Ölkəmizdə səfərdə olan Gürcüstan Prezidentinin xanımı, Qlobal Əməkdaşlıq Fondunun vərəm üzrə səfiri Sandra Elizabet Rulofs mayın 13-də səhiyyə naziri Oqtay Şirəliyev ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, O.Şirəliyev Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində səhiyyə sahəsində görülən işlər, aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər, istifadəyə verilən yeni tibb müəssisələri, habelə səhiyyənin inkişafına dair dövlət proqramları haqqında ətraflı məlumat vermişdir.
O.Şirəliyev son illər ərzində ölkədə vərəmlə mübarizə sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirmiş, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq DOTS proqramının müvəffəqiyyətlə həyata keçirildiyini, regionlarda ixtisaslaşdırılmış kabinetlərin fəaliyyət göstərdiyini və görülən işlərin nəticəsində bu sahədə vəziyyətin kifayət qədər yaxşılaşdığını vurğulamışdır.
Sandra Elizabet Rulofs ətraflı məlumata görə minnətdarlıq etmiş, Gürcüstanın səhiyyə sistemində həyata keçirilən islahatlar, görülən işlər, əldə olunmuş uğurlar və mövcud problemlər barədə danışmışdır.

Xəbər lenti

Xəbər lenti