...

Azərbaycanda polisə terror barədə yalan məlumatlar verən şəxsin kimliyi məlum oldu

Siyasət Materials 14 May 2010 13:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin internet saytının cümə günü yaydığı məlumatda bildirilir ki, mayın 12-də naməlum şəxs DİN-in "102" zəng xidmətinə taksofondan zəng edərək, mayın 13-də avtomaşına bomba qoyulacağı barədə məlumat verib.
Azərbaycanda polisə terror barədə yalan məlumatlar verən şəxsin kimliyi məlum oldu

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda polisə terror barədə yalan məlumat verən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin internet saytının cümə günü yaydığı məlumatda bildirilir ki, mayın 12-də naməlum şəxs DİN-in "102" zəng xidmətinə taksofondan zəng edərək, mayın 13-də avtomaşına bomba qoyulacağı barədə məlumat verib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Sabunçu rayon Zabrat qəsəbə sakini, 11 yaşlı A.Q. olması müəyyən edilib.

Onun 2009-cu il avqustun 31-də metronun "Sahil" stansiyasının arxasına bomba qoyulması və 2010-cu il martın 21-də 2-ci Zabrat qəsəbəsində partlayıcı qurğu olması barədə bilərəkdən polisə telefon vasitəsilə yalan məlumatlar verməsi də müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti