...

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən narkotik vasitələrin qeyri-qanuni tranziti kimi istifadə edilir - DGK sədri Aydın Əliyev

Siyasət Materials 14 May 2010 14:13 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən narkotik vasitələrin qeyri-qanuni tranziti kimi istifadə edilir.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən narkotik vasitələrin qeyri-qanuni tranziti kimi istifadə edilir - DGK sədri Aydın Əliyev

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən narkotik vasitələrin qeyri-qanuni tranziti kimi istifadə edilir.

"Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində nəzarətsiz zona yaranıb. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən narkotik vasitələrin qeyri-qanuni tranziti, qaçaqmalçılıq, mədəni-tarixi sərvətlərin daşınması həyata keçirilir", - Trend-in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev Finlandiyaya səfəri zamanı bu ölkənin Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinqlə görüşündə bildirib. Məlumatı cümə günü qurumun mətbuat xidməti yayıb.

Əliyev Türkiyə, Rusiya, İran və Gürcüstanın uyğun qurumları ilə əlaqələrin yüksək səviyyədə olduğunu, yalnız Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistanla əməkdaşlığın mümkünsüzlüyünü diqqətə çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti