...

Azərbaycanın müxalif partiyasının Siyasi Şurası parlament seçkilərinə təkbaşına getmək barədə qərar çıxarıb

Siyasət Materials 14 May 2010 15:42 (UTC +04:00)
Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası parlament seçkilərinə təkbaşına getmək barədə qərar çıxarıb.
Azərbaycanın müxalif partiyasının Siyasi Şurası parlament seçkilərinə təkbaşına getmək barədə qərar çıxarıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası parlament seçkilərinə təkbaşına getmək barədə qərar çıxarıb.

Partiyanın mətbuat xidmətindən cümə günü Trend-ə daxil olan məlumata görə, Siyasi Şura üzvlərinin yekdil rəyi ilə partiyanın 2010-cu il seçkilərində təkbaşına iştirakı barədə qərar verilib. Daha sonra SŞ-nın iclasında namizədliyini irəli sürmək istəyən VHP-çilərin müraciətlərinə baxılıb.

Müraciət edənlərdən 31 nəfəri təsdiq olunub, digərlərinin isə növbəti toplantıda müzakirəsi qərara alınıb. Eyni zamanda, VHP-nin ümumrespublika konfransının iyunun 12-də keçirilməsi üçün qərar qəbul olunub.

Trend-in arayışı:
Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti