...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə iki KA-32A vertolyotu göndərilib

Siyasət Materials 14 May 2010 19:54 (UTC +04:00)
Rusiyanın vertolyot istehsalçısı holdinqi "Rusiya vertolyotları" Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üçün "Kumertau aviasiya istehsalı müəssisəsi" ASC-də istehsal olunan iki, çoxfunksiyalı, orta Ka-32A vertolyotlarını təchiz edib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə iki KA-32A vertolyotu göndərilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Ağayeva/

Rusiyanın vertolyot istehsalçısı holdinqi "Rusiya vertolyotları" Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üçün "Kumertau aviasiya istehsalı müəssisəsi" ASC-də istehsal olunan iki, çoxfunksiyalı, orta Ka-32A vertolyotlarını təchiz edib. Bu barədə holdinqin saytından yayılan məlumatda deyilir.

Mövcud müqavilə 2008-ci ildə imzalanıb.

Ka-32A vertolyotlarının sonuncu təhvil-təslimi mayın 1-də təşkil olunub, mayın 8-də isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri üçün nümayiş uçuşları keçirilib.

"Rusiya vertolyotları" Holdinqi nəzdində "Kamov" ASC tərəfindən işlənib hazırlanmış ikivintli sxemi olan rus vertolyotları böyük işləmə spektrinə malikdir. Bu vertolyotlar insanları və yükləri daşıyır, tikinti-montaj işləri, yanğın əleyhinə, kəşfiyyat-xilasedici və patrul əməliyyatları aparır. Ka-32A vertolyotu işləmə variantına uyğun şəkildə qurulan əlavə təmir komplektlərinə malikdir.

2009-cu ilin payızında Ka-32A vertolyotunun modifikasiyası - Ka-32A 11BC vertolyotu Avropa İttifaqı ölkələrinin səmalarında uçmaq üçün sertifikatlaşdırılıb: o, istənilən operatora bu vertolyotun iqtisadi istismarını həyata keçirməyə icazə verən EASA.IM.R.133 tipli sertifikat alıb.

Ka-32A tipli vertolyotlar iki mühərriklə - ТВ3-117ВМА təchiz edilib, onun maksimal uçuş sürəti 260 km/saat, kreyser sürəti 230 km/saat, maksimal yük kütləsi, nəqliyyat kabinəsində eniş yerinin ümumi keyfiyyəti 13-dür, vertolyotun ekipajı 1-2 pilotdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti