...

Xəzər dənizinin Qazaxıstan sektorunda iki Azərbaycan brakonyer gəmisi saxlanılıb

Siyasət Materials 15 May 2010 14:28 (UTC +04:00)
.Xəzərdə iki Azərbaycan brakonyer gəmisi saxlanılıb. Gəmilərin anbarlarında 500 kiloqramdan çox nərəkimilər dəstəsinə aid balıqlar aşkar olunub. Bu barədə "Kazakhstan Today" agentliyinin müxbirinə Atırau vilayəti Daxili İşlər Departamentinin mətbuat katibi Gülnəzirə Muxtarova məlumat verib.
Xəzər dənizinin Qazaxıstan sektorunda iki Azərbaycan brakonyer gəmisi saxlanılıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Ağayeva/

Xəzərdə iki Azərbaycan brakonyer gəmisi saxlanılıb. Gəmilərin anbarlarında 500 kiloqramdan çox nərəkimilər dəstəsinə aid balıqlar aşkar olunub. Bu barədə "Kazakhstan Today" agentliyinin müxbirinə Atırau vilayəti Daxili İşlər Departamentinin mətbuat katibi Gülnəzirə Muxtarova məlumat verib.

"Departamentin bölmələrinin, təbiət mühafizəsi üzrə prokurorluğun, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin və digər xidmətlərin birgə əməliyyatı zamanı Xəzər dənizinin Qazaxıstan sektorunda iki Azərbaycan brakonyer gəmisi saxlanılıb. Gəmidə 18 nəfər Azərbaycan vətəndaşı olub. Təxmini hesablamalara görə, gəmilərin anbarlarında 500 kiloqramdan çox nərə cinsinə aid balıq olub", - vilayət departamentinin mətbuat katibi deyib.

Muxtarova onu da bildirib ki, Azərbaycan vətəndaşları olan brakonyerlərin saxlanması bir müddət əvvəl Xəzərin Qazaxıstan sektorunda vertolyotla uçuşların keçirilməsi nəticəsində mümkün olub. Bu uçuşlar zamanı aydın şəkildə brakonyer gəmilərinin dislokasiya yerləri müəyyən olunub.

Azərbaycanın Aktaudakı Baş Konsulluğu bu məsələ ilə məşğuldur və brakonyer gəmilərində saxlanılmış Azərbaycan vətəndaşlarının gələcək taleyinin müəyyən olunması üçün Qazaxıstanın müvafiq strukturları ilə əlaqə saxlayır.

Hadisələrin gedişatı barədə Baş Konsulluq yaxın zamanlarda Azərbaycanın XİN-ə məlumat verəcək. Bu barədə diplomatik missiyadan bildirilib.

Xəbər lenti

Xəbər lenti