...

Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralına təbrik məktubu göndərib

Siyasət Materials 15 May 2010 16:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralına təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralına təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveç Kralı V Haralda, krallığın Konstitusiya günü münasibətilə təbrik məktubu göndərib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev  təbrik məktubunda , Kralı V Haraldı və Norveç xalqını, öz adından və Azərbaycan xalqı adından təbrik edib.

Ölkə başçısı Azərbaycan ilə Norveç arasındakı münasibətlərin xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.

Prezident Əliyev Norveş Kralı V Haralda can sağlığı və  işlərində uğurlar  diləyib.

Xəbər lenti

Xəbər lenti