...

Azərbaycan və İordaniya arasında əlaqələr əsl qardaşlıq əlaqələridir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 May 2010 19:25 (UTC +04:00)
Mayın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan və İordaniya arasında əlaqələr əsl qardaşlıq əlaqələridir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED. ƏLAVƏSİ: Dövlət başçılarının bəyanatları əlavə olunub

Mayın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilmişdir.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətində Azərbaycan və İordaniya arasında əlaqələrin inkişafından öz məmnunluğunu bildirib.

"Bu əlaqələr ölkələrimiz arasında əsl qardaşlıq əlaqələridir. Əminəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin gələcək inkişafında xüsusi rol oynayacaqdır. Biz ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk. Gözəl siyasi təmaslarımız vardır, tez-tez qarşılıqlı səfərlərimiz baş tutur. İnanıram ki, bütün sahələrdə yaxşı irəliləyişin şahidi olacağıq",  İlham Əliyev deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, tərəflər bütün ikitərəfli məsələləri geniş şəkildə müzakirə edib və mövqeləri üst-üstə düşür.

"Eyni zamanda, regional inkişaf, əməkdaşlıq kimi məsələlər də müzakirə edildi. Əminəm ki, nümayəndə heyətlərimizin üzvləri öz vaxtlarını səmərəli keçirəcəklər ki, ikitərəfli əlaqələrin inkişafı üçün əlavə hansı işlərin görülməsi də müəyyən edilsin. Beynəlxalq təşkilatlar çərçivəsində bizə verdiyiniz dəstəyə görə olduqca minnətdarıq. Bu, bizim üçün çox vacibdir. Ümidvarıq ki, həm bizim üçün, həm də region üçün vacib olan dostluq, qardaşlıq əlaqələrimiz davam edəcəkdir.
Əlahəzrət, bir daha ölkəmizə xoş gəlmisiniz", Prezident İlham Əliyev deyib.

İordaniya Kralı II Abdullah nümayəndə heyətilə birgə Azərbaycana səfərə dəvət etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildiririb.

"Siz də qeyd etdiniz ki, ikitərəfli münasibətlərimiz bütün səviyyələrdə olduqca güclüdür. Ümidvaram ki, bu səfər əvvəlki müzakirələrin nəticələri əsasında növbəti işləri görmək imkanını yaradacaqdır.
Bir daha qeyd edirəm ki, məlumat mübadiləsi, ölkələrimiz arasında təmaslar əla nümunədir. Bu işlərə rəhbərlik etdiyinizə, o cümlədən İordaniya tərəfi ilə əlaqələndirməni aparmaq üçün Azərbaycan hökumətinə verdiyiniz göstərişlərə görə Sizə minnətdarıq. Biz də İordaniyada əlaqələndirmə işlərini aparırıq. Bilirik ki, gələcəkdə görüləcək işlər çoxdur. Aramızda bir çox oxşarlıqlar vardır. Fikrimcə, biz bunlardan istifadə etməliyik. Ən vacib amil isə ondan ibarətdir ki, dövlətlərimiz arasında əlaqələrlə yanaşı, regional müstəvidə münasibətlər də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Siz və ölkəniz İordaniya üçün çox vacibsiniz. Üzləşdiyiniz çətinliklərə gəldikdə, biz hər zaman sizin tərəfinizdə olmuşuq.
Cənab Prezident, mən Sizdən şəxsən eşitmişəm ki, Siz də İordaniyaya eyni münasibət bəsləyirsiniz. İki tərəfin həmkarları arasında qurulmuş əlaqələrə əminik. Burada, Bakıda yenidən olmağımdan şərəf duyuram. Ümidvaram ki, təmaslarımız nəinki dövlət, o cümlədən şəxsi əlaqələr səviyyəsində davam edəcəkdir.
Çox sağ olun.", II Abdullah deyib.

Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Xəbər lenti

Xəbər lenti