...

Azərbaycan və İordaniya arasında iki müqavilə imzalanıb

Siyasət Materials 16 May 2010 16:37 (UTC +04:00)
Bazar günü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında iki müqavilənin imzalanma mərasimi keçirilmişdir. Bu barədə Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir.
Azərbaycan və İordaniya arasında iki müqavilə imzalanıb

Bazar günü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında iki müqavilənin imzalanma mərasimi keçirilmişdir. Bu barədə Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir.

"Azərbaycan Respublikası Höküməti və İordaniya Haşimilər Krallığı Höküməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və İordaniya tərəfindən İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Nasir Cudeh imzalamışlar.

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və İordaniya tərəfindən İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Nasir Cudeh imzalamışlar.

İmzalanma mərasimində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı və İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Adel Adelay da iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti