...

Təbii fəlakət zonasına Azərbaycan Müdafiə Nazirliyinin daha iki yüz əsgər və zabiti səfərbər edilib

Siyasət Materials 17 May 2010 13:11 (UTC +04:00)
Kür çayındakı daşqınlar nəticəsində yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Müdafiə Nazirliyinin daha iki yüzə yaxın əsgər və zabiti səfərbər edilib.
Təbii fəlakət zonasına Azərbaycan Müdafiə Nazirliyinin daha iki yüz əsgər və zabiti səfərbər edilib

Аzərbaycan, Bakı, 17 may / Trend, müxbir S.Ağayeva/

Kür çayındakı daşqınlar nəticəsində yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Müdafiə Nazirliyinin daha iki yüzə yaxın əsgər və zabiti səfərbər edilib. Bu barədə bazar ertəsi Trend-ə MN-nin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.

Bir neçə gün ərzində əsgər və zabit heyəti Kür çayı sahillərində bəndlərin bərkidilməsi işlərində iştirak edir, əhaliyə kəndlərə qayıtmaqda kömək göstərir.

"Hazırda MN-in hərbi hissələri Sabirabad rayonu ərazisində bəndi bərkidir və Sarısu gölü ilə bağlı problemləri aradan qaldırırlar", - Abdullayev qeyd edib.

Hazırda Müdafiə Nazirliyinin fəlakətin nəticələrinin aradan qaldırılması üçün 1 200-ə yaxın əsgər və zabiti səfərbər edilib.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti