...

Azərbaycan müxalifəti icazə verilməyən yerlərdə kütləvi aksiyalar keçirməkdə maraqlıdır – hakim partiyanın icra katibinin müavini

Siyasət Materials 17 May 2010 13:36 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının icra katibinin müavini hesab edir ki, bəzi müxalifət partiyalarının əsas məqsədi ölkədə ictimai asayişin pozulmasıdır.
Azərbaycan müxalifəti icazə verilməyən yerlərdə kütləvi aksiyalar keçirməkdə maraqlıdır – hakim partiyanın icra katibinin müavini

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının icra katibinin müavini hesab edir ki, bəzi müxalifət partiyalarının əsas məqsədi ölkədə ictimai asayişin pozulmasıdır.

"Müxalifətin heç bir sosial dayağı olmadığından, icazə verilməyən yerlərdə kütləvi aksiyalar keçirməkdə maraqlıdır", - bazar ertəsi Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Azərbaycanın "Azadlıq" blokunda təmsil olunan, eləcə də Müsavat və Ümid partiyaları bir neçə dəfə Bakının müxtəlif ərazilərində icazəsiz aksiyalar keçirməyə cəhd ediblər.

Novruzovun sözlərinə görə, sosial bazanın olmaması səbəbindən, müxalifət Bakının mərkəzi hissələrindəki ticarət mərkəzlərinin, əhalinin istirahət etdiyi ərazilərin yaxınlığında aksiya keçirməyə cəhd edir.

"Onlar belə cəhdlər etməklə özlərinin gücsüz olduqlarını bir daha sübut edirlər. Əgər müxalifətin sosial bazası varsa, aksiyaları Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi ərazilərdə keçirməkdə maraqlı olardı", - hakim partiya funksioneri əlavə edib.

Onun fikrincə, qanunsuz aksiya keçirməyə cəhdlər müxalifətə sərf edir.

"Çünki onlar xaricdən maliyyə dəstəyi alırlar. İcazəsiz aksiyalar keçirilməsinə cəhdlər həmin maliyyə dəstəkçilərinə özlərini göstərmək niyyətindən irəli gəlir. Düşünürəm, uğursuz cəhdlərdir və müxalifət bununla heç nəyə nail ola bilməyəcək", - Novruzov vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti