...

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir

Siyasət Materials 17 May 2010 14:20 (UTC +04:00)
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 17-də Azərbaycana rəsmi səfərə gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 17-də Azərbaycana rəsmi səfərə gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Milligeyimli uşaqlar ali qonağa və xanımına gül-çiçək dəstələri təqdim etiblər.

Xəbər lenti

Xəbər lenti