...

Gürcüstan ilkin şərtlər olmadan Rusiya ilə danışıqlara başlamaq niyyətində deyil - XİN

Siyasət Materials 17 May 2010 16:29 (UTC +04:00)
Gürcüstan tərəfi ilkin şərtlər olmadan Rusiya ilə danışıqlara başlamaq niyyətində deyil.
Gürcüstan ilkin şərtlər olmadan Rusiya ilə danışıqlara başlamaq niyyətində deyil - XİN

Gürcüstan, Tbilisi, 17may /Trend,müxbir N. Kirsxaliya/

Gürcüstan tərəfi ilkin şərtlər olmadan Rusiya ilə danışıqlara başlamaq niyyətində deyil. Bazar ertəsi keçirdiyi brifinqdə ölkənin xarici işlər nazirinin müavini Nino Kalandadze Polşanın eks-prezidenti Aleksandr Kvasnevskinin Tbilisinin Moskva ilə şərtsiz danışıqlara başlamağa hazır olduğunu mətbuata açıqlayan Gürcüstanın XİN rəhbərinə istinadən bəyanatını şərh edərkən bu barədə məlumat verib.

Kalandadzenin sözlərinə görə, o, bu görüşdə iştirak etməsə də bildirir ki, Gürcüstan tərəfinin mövqeyi sabit olaraq qalır - Rusiya ilə münasibətlər yalnız işğal olunmuş ərazilərin azad edilməsi şərti ilə bərpa oluna bilər.

"Ölkədə Gürcüstan torpaqlarının işğalı və tanınması ilə bağlı yaranan bütün problemlər Rusiya ilə bağlıdır. İşğal olunmuş torpaqların və məcburi köçkünlərin geri qaytarılması məsuliyyəti Rusiyanın üzərinə düşür", - Kalandadze bəyan edib.

O, həmçinin qeyd edib ki, məhz bu məsələ barədə Cenevrə danışıqlarında debatlar aparılır.

Xəbər lenti

Xəbər lenti