...

Azərbaycanı "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşündə Mahmud Məmmədquliyev təmsil edəcək

Siyasət Materials 17 May 2010 16:09 (UTC +04:00)
Azərbaycan "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin xarici işlər nazirlərinin mayın 24-də Polşanın Sopot şəhərində keçiriləcək qeyri-formal görüşündə təmsil olunacaq.
Azərbaycanı "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşündə Mahmud Məmmədquliyev təmsil edəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin xarici işlər nazirlərinin mayın 24-də Polşanın Sopot şəhərində keçiriləcək qeyri-formal görüşündə təmsil olunacaq. Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bazar ertəsi məlumat verib.

Sopotda Aİ ölkələrinin xarici işlər nazirlərinin və təşəbbüskar ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşü baş tutacaq.

Avropa İttifaqı tərəfindən 2009-cu ilin mayında təsdiq edilmiş "Şərq tərəfdaşlığı" proqramı Aİ-nin şərq qonşuları ilə əməkdaşlığının aktivləşdirilməsini nəzərdə tutur.

Həyata keçirilməsi üçün 600 milyon avro ayrılan proqrama Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Ermənistan və Moldova daxildir.

İsveçin dəstəyi, Polşanın təşəbbüsü ilə irəli sürülmüş "Şərq tərəfdaşlığı" proqramının məqsədi, müəlliflərin ilkin ideyasına görə, proqramın iştirakçısı olan ölkələri Avropa İttifaqı ilə inteqrasiyaya yaxınlaşdırmaqdır.

Bundan əvvəl görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun təmsil edəcəyi gözlənilirdi.

Xəbər lenti

Xəbər lenti